London borosu

London borosu
Greater London within England
İngiltərənin XXII borosu
Kateqoriyasıİngiltərə rayonları
YerləşməsiBöyük London
Yaradılma qanunu1963 London Hakimiyyət Aktı
Yaranma tarixi
  • 1 aprel 1965
Nömrəsi32 (as of 2013)
Tipləri
Əhalisi150 000–300 000
Ərazisi15–150 km2
İdarə orqanı
  • London boro şurası (32)

London borosu - Böyük Londonun 33 inzibati bölgəsindən 32-ni ifadə edən inzibati termindir. Borolarda yerli xidmətlərin təmin edilməsi üçün London Boroları Şurası fəaliyyət göstərir ki, orada da yerli hakimiyyət nümayəndələri təmsil olunurlar. Boro olmayan yeganə inzibati bölmə London şəhəridir ki, həmin ərazi də praktiki məqsədlər üçün şəhər kimi saxlanmışdır. Borolar Böyük Londonun yaradılması ilə eyni vaxta, 1 aprel 1965-ci ildə[qeyd 1] yaradılmışlar və London borolarında 150,000-dən 300,000-ə kimi əhali yaşayır ki, bu da İngiltərə şəhərlərinin ekvivalentidir.

London borolarında şura, yerli özünüidarə orqanlarının əsas xidmətlərini həyata keçirir, lakin siyasi həll tələb edən məsələlərə (məsələn, planlaşdırma, nəqliyyat və ya infrastruktur), həmçinin Böyük London administrasiyası tərəfindən həyata keçirilən London meri seçkilərinə qarışmır.

Hər bir boro təxmini bərabər əhali sayına malik seçici bölgələrinə bölünür, İngiltərə Sərhəd Komissiyası 8-12 ildən bir yeni məclis üzvlərinin seçilməsi üçün bölgələrin ərazilərinə yenidən baxır. Bölgələrin hər biri ənənəvi olaraq üç, çox az hissəsi isə bir və ya iki məclis üzvü ilə təmsil olunur, məclis üzvü az olan bölgələr əhali sıxlığı aşağı olan yerlərdir. Məclis üzvlərinin seçkisi dörd ildən bir keçirilir. 2014-cü ildə London yerli seçkilərində 20 Leyborist, 10-u isə Mühafizəkarlar və ya Liberal Demokratlardan olmaqla məclis üzvləri seçilmişlər, digər iki yer isə palatalararası əlaqənin labüd olduğu və “heç kimin nəzarət etmədiyi” yerlərdir. Məclisin indiki tərkibi bir neçə kiçik seçkidən sonra formalaşmışdır. Növbəti seçkilər 2018-ci ildə keçiriləcək. İyirmi səkkiz məclis üzvü lider və kabinet sistemini tətbiq edir, dörd boronun seçiciləri isə məclis rəhbərini seçirlər ki, o da birbaşa mer olur: Hakni, Levişam, Nyuham və Tauer Hamletsdə iki səsvermə birlikdə keçirilir.

London boroları bütün keçmiş yerli idarə orqanlarının birləşdirilməsi ilə yaradılmış, 1987-1992-ci illər arasında kiçik sərhəd dəyişiklərinə məruz qalmışlar.

On iki Daxili London borosu 1965-ci ilə kimi London qraflığında təmsil olunurdu. Qraflığın məktəb departamenti 1870-ci ildə yaradılmış London Məktəb Məclisinin birbaşa varisi idi. Parlament London Təhsil Orqanlarını 1990-cı ilə kimi saxlamışdı və hələ də Daxili London termini şəhərin daxili və xarici bölgələrini ayırmaq üçün istifadə edilir.

London şəhəri London Şəhər Korporasiyası, həmçinin DaxiliOrta məhkəmə innləri tərəfindən idarə olunur.
Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/> teq tapılmadı


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne